Böyük Britaniyanın Lids Universitetinin alimləri infarktın təhlükəli nəticələrini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, vəziyyət digər ciddi uzunmüddətli xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssislər infarktdan sonra uzunmüddətli sağlamlıq nəticələrinin riskini müəyyən etmək üçün doqquz il ərzində xəstəxanaya yerləşdirilən 145 milyondan çox xəstənin tibbi qeydlərini təhlil ediblər.
Məlum olub ki, infarkt keçirən xəstələrdə eyni yaşda və cinsdə olmayan insanlara nisbətən daha tez-tez başqa xəstəliklər də inkişaf edir.
Doqquz il ərzində xəstələrin təxminən üçdə birində ürək və ya böyrək çatışmazlığı inkişaf edib. Ən çox rast gəlinən ürək çatışmazlığı olub. Böyrək çatışmazlığı 27,2 faiz, nəzarət qrupunda isə 19,8 faiz olub.