Kardioloq Anna Koreneviç infarktın ən çox görülən səbəbləri haqqında danışıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kardioloqun fikrincə, infarkt ən çox oturaq həyat tərzi, piylənmə, pis vərdişlər və stress nəticəsində baş verir.
Onun sözlərinə görə, ancaq bəzi hallarda hətta sağlam həyat tərzi keçirənlərdə də infarkt baş verir:
“Bəzən infarkt orqanizmdə biokimyəvi və patofizioloji reaksiyalar zəncirinin aktivləşməsi ilə baş verə bilər. Gəzərkən döş qəfəsində yaranan yanma və ya təzyiq, səhərlər döş qəfəsində sıxılma hissi infarktın əlamətlərindən biridir”.