İlk dəfə:   Koronavirusa və qripə  eyni vaxtda yoluxdu
31 dekabr 2021 17:12 (UTC +04:00)

İlk dəfə: Koronavirusa və qripə eyni vaxtda yoluxdu

İsraildə peyvənd olunmamış hamilə qadın eyni vaxtda koronavirus və “fluron” qripinə yoluxub.
    
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qadın özünü yaxşı hiss edir. 

“Beylinson” Tibb Mərkəzinin ginekologiya şöbəsinin müdiri, professor Arnon Vijnitser bildirib ki, ona eyni vaxtda qrip və koronavirus diaqnozu qoyulub.

Səhiyyə Nazirliyi araşdırma aparır. Mümkündür ki, digər paralel yoluxma halları da var, lakin bu cür diaqnoz qoyulan birinci haldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Oxşar yazılar