İdmanla məşğul olmaqla şəkər xəstəliyinin qarşısını almaq olar?
09 yanvar 2022 14:32 (UTC +04:00)

İdmanla məşğul olmaqla şəkər xəstəliyinin qarşısını almaq olar?

Arıqlamaq və idmanla məşğul olmaq şəkərli diabet riskini azaldır.

Lent.az xəbər verir ki, bir neçə kiloqram çəki itkisinin və 2 il idmanla məşğul olmağın 2-ci tip diabet (insulindən asılı olmayan) riskini yarıbayarı azaltdığı məlum olub.

“Diabetes Times” saytının məlumatına görə, Norfolk Diabetin Qarşısının Alınması Araşdırması tərəfindən aparılan tədqiqatın nəticələri "JAMA Interior Medicine" jurnalında yayımlanıb. Diabetə səbəb ola biləcək aşağı qlükoza rezistentliyi olan mindən çox insanı araşdırma çərçivəsində 8 il izlənib. Mütəxəssislər, bu müddət ərzində 2 və ya 3 kiloqram arıqlayıb, 2 il fiziki aktivliyini artıraraq həyatlarında ağlabatan dəyişiklik edənlərdə 2-ci tip diabet riskinin 40-47 faiz arasında azaldığını müşahidə ediblər.

Alimlər bu tədqiqatın 2-ci tip diabetin qarşısının alınmasında əhəmiyyətli bir təsir göstərəcəyini vurğulayıb.

Beynəlxalq Diabet Federasiyasının məlumatlarlna görə, ötən il dünyada 463 milyon yetkin insan diabet xəstəsi kimi qeydiyyatda olub. Bu rəqəmin 2045-ci ildə 700 milyona çatacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Oxşar yazılar