Hər gün iki banan yesəniz , orqanizm necə reaksiya verəcək?
12 fevral 2024 17:21 (UTC +04:00)

Hər gün iki banan yesəniz, orqanizm necə reaksiya verəcək?

Bir çox insan bananın kilo almasına səbəb olduğuna inanırlar. Banan ən yüksək kalorili meyvələrdən biridir, lakin ekspertlər onların ölçüsündə çəkiniz üçün təhlükə yaratmadığını bildirir. 

Bəs bananı gündəlik yemək mümkündürmü və hər gün iki meyvə yesəniz, orqanizm necə reaksiya verəcək?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dan olan həkim Lusiya Qarsiyanın fikrincə, banan ən sağlam meyvələrdən biridir.

Onun sözlərinə görə, banan orta dərəcədə şirinliyə malikdir və orqanizm üçün zəruri olan qida maddələri ilə zəngindir:

“Banan bir çox digər qidalarla müqayisədə aşağı kalorilidir. Orta hesabla 100 qram ağırlığında bananda təxminən 80 kalori var. Banan karbohidratlarla zəngindir və əla kalium və A vitamini mənbəyidir. 100 qram bananın tərkibində 75 qram su, 1,32 qram protein, 0,58 qram yağ, 19,3 qram karbohidrat var. Bananın tərkibində orqanizmdə serotoninə - xoşbəxtlik hormonuna çevrilən triptofan var. Bu, əhvalınızı təbii şəkildə tənzimləməyə kömək edir, sizə rahatlıq və xoşbəxtlik hissi verir. Bananda yüksək kalium tərkibi enerji balansına və bədənin bərpasına faydalı təsir göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21096
avatar

Arzu Qurbanlı

Oxşar yazılar