Həkimlər arıqlamağa mane olan amilləri açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbi istehlak edilmiş və sərf olunan kalorilərin enerji balansındakı bərabərsizliyidir.
Səhər tezdən karbohidratlar yemək, günün gec saatlarında yeməkdən daha az qan şəkəri reaksiyasına səbəb olur. Qan şəkəriniz yüksəldikdə, artıq enerjini yağ kimi saxlama ehtimalınız daha yüksəkdir. Həm də iştahınızı stimullaşdırır. Aparılan araşdırmalar, gecənin gec saatlarında yemək yeməyin ertəsi gün daha çox aclığa səbəb olduğunu göstərib.
Piylənmə tez-tez oturaq iş, avtomobillə səyahət vərdişi və passiv istirahət nəticəsində özünü göstərir. Artıq çəkini pəhriz vasitəsilə azaltmaq olar, lakin tələsməmək vacibdir. Çünki pəhrizdə dəyişikliklər tədricən aparılmalıdır.