Gilas hansı xəstəliklərdən  qoruyur?
13 iyun 2026 21:22 (UTC +04:00)

Gilas hansı xəstəliklərdən qoruyur?

0

Gilas insan orqanizmindəki müxtəlif sistemlərin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Lent.az xəbər verir ki, bunu lenta.ru-ya rusiyalı nutrisioloq-endokrinoloq Dariya Xaykina deyib.

Mütəxəssis bu dadlı giləmeyvənin diqqətdən kənarda qalan xüsusiyyətləri barədə bunları bildirib:

Antosianin zənginliyi: Gilasın ən önəmli üstünlüklərindən biri tərkibində antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik təbii birləşmələrin - antosianinlərin bol olmasıdır. Məhz bu maddələr giləmeyvəyə parlaq rəng verir. Gilasın müntəzəm yeyilməsi iltihabi proseslərin şiddətini azaltmağa kömək edir və oynaqlarda narahatlıq hiss edən insanlar üçün xüsusilə faydalıdır.

Ürək-damar sisteminə dəstək: Gilas ürək-damar sisteminə müsbət təsir göstərir. Bu, qan təzyiqini normal səviyyədə saxlamaq və ürək əzələsinin sağlam fəaliyyətini təmin etmək üçün vacib mineral hesab edilən kaliumun yüksək miqdarda olması ilə əlaqədardır.

Artıq mayenin xaric edilməsi: Gilas bədəndəki artıq mayenin təbii yolla xaric olunmasını dəstəkləyir ki, bu da ürək və qan damarlarına düşən yükü yüngülləşdirir. Üstəlik, bu proses olduqca mülayim şəkildə baş verir və digər vacib mikroelementlərin itirilməsi ilə nəticələnmir.

İmmunitetin möhkəmlənməsi: Sözügedən giləmeyvə immun sistemi üçün də eyni dərəcədə qiymətlidir. Onun tərkibində immunitetin fəaliyyətində iştirak edən, orqanizmin xəstəliklərdən, emosional gərginlikdən və ağır fiziki yorğunluqdan sonra daha tez bərpa olunmasına kömək edən C vitamini, sink və beta-karotin kimi maddələr mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar