Əzələ ağrısının qarşısını alan 5 əsas qida
01 iyun 2023 11:08 (UTC +04:00)

Əzələ ağrısının qarşısını alan 5 əsas qida

Əzələ və ya oynaq ağrısı adətən əllərdə, onurğada, dizlərdə və ayaqlarda hiss olunur. Bəzi insanlar bu nahiyələrdə ağrı, çırpıntı və ya yanma hissi yaşayırlar. Həddindən artıq hərəkət etmək oynaq ağrılarını artırır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, idman və düzgün qidalanma əzələ ağrısının qarşısını ala bilər. 

Çərəzlər

Badam, fındıq, qoz, fıstıq kimi çərəzlər omeqa 3 yağ turşuları ilə zəngindir və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bunların tərkibində lif, kalsium, maqnezium, sink və E vitamini var. 

Meyvələr

Qaragilə, böyürtkən, çiyələk, zoğal və moruq antioksidantlarla zəngindir. Bir sıra tədqiqatlar giləmeyvənin əzələ və oynaq ağrısına təsirini sübut edib. Bu meyvələrdə olan antioksidantlar bədəni sərbəst radikallardan və iltihabdan qoruyur.

Tərəvəz

Həmişə mövsümi tərəvəzləri seçin və istehlak etməzdən əvvəl onları yaxşıca yuyun. 

Zeytun yağı

Zeytun yağının insan sağlamlığındakı rolu ilə bağlı çoxlu araşdırmalar aparılıb. Daha yaxşı oynaqlar üçün pəhrizinizə zeytun yağı əlavə edin. Zeytun yağı həmçinin iltihabla əlaqəli riskləri azalda bilər.

Tünd şokolad
 
Tünd şokolad düzgün qiymətləndirilməyən sağlam qidadır. Onun bir çox faydası var və onlardan biri də iltihab əleyhinədir. Tünd şokoladın tərkibindəki antiinflamatuar xüsusiyyətlər bədəni iltihabın zərərli təsirlərindən qorumağa kömək edir.
 

# 1707
avatar

Arzu Qurbanlı

Oxşar yazılar