Eynəyi əvəz edəcək göz damcısı hazırlandı
28 dekabr 2021 09:20 (UTC +04:00)

Eynəyi əvəz edəcək göz damcısı hazırlandı

ABŞ-da FDA rəsmən yaxındangörmə problemi üçün Vuity göz damcılarını təsdiq edib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, mütəxəssislər bu dərmanı göz xəstəlikləri müalicəsində inqilab hesab edir. Çünki müntəzəm olaraq bu damcını istifadə etdikdə oxumaq və komputerdə işləmək üçün yaxından yaxşı görmək məqsədilə eynək taxmağa ehtiyac qalmayacaq.

Dərmanın təsiredici maddəsi tibbə hələ XIX əsrdən məlumdur.

Bu damcı yaşlanma ilə bağlı presbiopiya xəstəliyi zamanı da effektivdir. Bəzi yaşlılar uzaqdan görməni qorusa da, yaxından yaxşı görmürlər. Buna qocalıq korluğu da deyilir.

Görmənin pisləşməyə doğru getdiyi yaş dövrü 42-45 yaşdır. Büllur elastiliyini itirir və yaxından nəyisə dəqiq görmək pisləşir.

Dünyada 1,8 milyard presbiopiyalı xəstə var. Onlar büllurda əməliyyat etməli, eynək taxmalıdır. Bu damcı dərman bəbəyi daraldır, bununla da pasiyentin yaxından görməsini yaxşılaşdırır. Uzaqdangörməyə isə təsir etmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Oxşar yazılar