Ev şəraitində asanlıqla hazırlanan QIRIŞLAR ÜÇÜN MASKA
12 may 2021 09:54 (UTC +04:00)

Ev şəraitində asanlıqla hazırlanan QIRIŞLAR ÜÇÜN MASKA

Üzdə qırışların yaranması insanın yaşını büruzə verən əlamətlərdəndir. Bu hal əhvalınızı pozursa, qırışlar üçün maska hazırlayıb, dərinin qocalma prosesini ləngidə bilərsiniz.

Lent.az Türkiyə mətbuatına istinadən ev şəraitində asanlıqla hazırlanan maskanı təqdim edir.

Bir stəkan gül suyuna 2 xörək qaşığı heyva çəyirdəyi və 1 xörək qaşığı xırdalanmış şirin biyan kökü əlavə edilir. 24 saat saxladıqdan sonra süzüb, 1 çay qaşığı buğda toxumu yağı ilə qarışdırılır. Təmiz dəriyə masaj edilərək çəkilir. Yarım saatdan sonra ilıq su ilə yuyulur./ axşam.az
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3321
avatar

Oxşar yazılar