Qidalanma və metabolik psixiatriya üzrə mütəxəssis olan Corciya Ede ətin niyə hər kəsin qida rasionunda olması lazım olduğunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, ət sağlamlığın təmin edilməsində mühüm rol oynayır.
Onun sözlərinə görə, ətin bağırsaqların sağlamlığına faydalı təsiri, asan həzm olunması və qıcıqlanmaya yol verməməsi ilə yanaşı, orqanizmi bütün lazımi makro və mikroelementlərlə təmin edir:
“Xüsusilə, ət bütün B vitaminlərinin, heme dəmirinin və bitki qidalarından çətin əldə edilən K2 MK-4 vitamininin mənbəyidir. Ət insan sağlamlığını qorumaq üçün zəruri olan qida maddələrinin etibarlı mənbəyidir və optimal pəhrizin mühüm tərkib hissəsidir”.