Əhval-ruhiyyəni  yaxşılaşdıran   QİDALAR
29 yanvar 2024 16:50 (UTC +04:00)

Əhval-ruhiyyəni yaxşılaşdıran QİDALAR

Düzgün seçilmiş məhsullar bədənə antidepresanlar və enerji içkilərindən daha yaxşı təsir göstərə bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri və həkimlər əhvalınızı yüksəltməyə kömək edən qidaları açıqlayıblar. Xüsusilə stresli dövrlərdə və pis əhval-ruhiyyədə bu qidaları pəhrizə daha tez-tez daxil etmək məsləhətdir.

Əhval-ruhiyyəyə müsbət təsir göstərən qidaların siyahısına aşağıdakılar daxildir:

Yumurta

Yumurta və tostdan ibarət sadə səhər yeməyi əhvalınızı xeyli yaxşılaşdıra bilər. Yumurtanın tərkibində olan iki qida maddəsi - xolin və dəmir əhval-ruhiyyəni yüksəldir.

Zəfəran 

Araşdırmalar göstərir ki, gündə 30 mq zəfəranın balıq yağı əlavəsi ilə birlikdə qəbulu depressiya hisslərini azaltmağa kömək edə bilər.

Yağlı balıq 

Yağlı balıqlar ürək, beyin və gözlər üçün vacib olan omeqa-3 yağ turşularının zəngin mənbəyidir. Bundan əlavə, balıq yemək və depressiyanı azaltmaq arasında əlaqə var.

Qoz-fındıq

Qoz-fındıq E vitamini və sink kimi beyin sağlamlığı üçün vacib qida maddələrinin zəngin mənbəyidir.

Şokolad

Şokoladın dadı təkcə ləzzətli deyil, həm də beyin fəaliyyəti üçün vacib olan flavonoidləri ehtiva edir.

Giləmeyvə

Giləmeyvələrdə beyin sağlamlığını dəstəkləyən polifenollar var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Arzu Qurbanlı

Oxşar yazılar