Duzun dəriyə FAYDALARI
13 noyabr 2025 14:24 (UTC +04:00)

Duzun dəriyə FAYDALARI

0

Adi duz gözəllik üçün əsl xəzinədir və hər evdə tapılır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, dərini təmizləyir, yeniləyir, tonuslandırır və qidalandırır, bahalı kosmetik vasitələrə görə heç də geri qalmır.

Duzdan öz əlinizlə kosmetik vasitə necə hazırlamaq olar

Duz ən sadə, amma eyni zamanda ən təsirli təbii kosmetik vasitələrdən biridir. Onu hələ nənələrimiz dərinin təmizlənməsi, bərpası və cavanlaşdırılması üçün istifadə edirdilər. Bu da təsadüfi deyil, çünki duzun tərkibində qan dövranını yaxşılaşdıran, dərinin rəngini bərpa edən və hüceyrə regenerasiyasını sürətləndirən natrium, kalium, maqnezium, kalsium və sink kimi mikroelementlər var.

Duzu dərinin qidalanması və gəncləşməsi üçün necə istifadə etmək olar

1. Duz skrabı

Duz təbii eksfoliant kimi fəaliyyət göstərərək ölü dəri hüceyrələrini zərif şəkildə təmizləyir. O, dərinin teksturasını hamarlaşdırır, yağlılığı azaldır və səpgilərin qarşısını alır.

Hazırlanması: 1 xörək qaşığı xırda dənəli dəniz duzunu 1 çay qaşığı zeytun və ya kokos yağı ilə qarışdırın. Qarışığı üzünüzə və bədəninizə yüngül masaj hərəkətləri ilə çəkin. 3 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Bu prosedurdan sonra dəri yumşaq, hamar və təzələnmiş olur.

2. Duz və balla gəncləşdirici maska

Duz və balın birləşməsi möcüzə yaradır: dəri mikroelementlərlə qidalanır, xırda qırışlar azalır, üzün rəngi daha təravətli və parlaq görünür.

Hazırlanması: 1 çay qaşığı xırda dənəli dəniz duzu, 1 xörək qaşığı təbii bal və 1 çay qaşığı xama qarışdırılır. Maskanı göz ətrafı nahiyədən yayınaraq üzə çəkin, 10 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.

3. Əllər və ayaqlar üçün duz vannası

Duz yorğunluğu, şişkinliyi və qıcıqlanmanı aradan qaldırmaq üçün əla vasitədir. Dəniz duzu ilə edilən vannalar dərini yumşaldır, dırnaqları möhkəmləndirir.

Hazırlanması: 1 litr ilıq suya 2 xörək qaşığı duz əlavə edin, əlləri və ya ayaqları bu məhlulda 15 dəqiqə saxlayın. Effektin artırılması üçün bir neçə damcı lavanda və ya evkalipt efir yağı əlavə etmək olar.

4. Antisellülit duz masajı

Duz qan dövranını aktivləşdirir və toksinlərin orqanizmdən çıxmasına kömək edir. Buna görə də o, sellülitlə mübarizədə geniş istifadə olunur.

Hazırlanması: Duzu az miqdarda zeytun və ya portağal yağı ilə qarışdırın. Problemli nahiyələrə 5 dəqiqə ərzində masaj edin, sonra ilıq su ilə yuyun. Prosedurdan sonra dərini nəmləndirici krem ilə qidalandırmaq mütləqdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar