Dişləri fırçalamaq həmişə  faydalı   olmaya bilər
09 fevral 2024 18:52 (UTC +04:00)

Dişləri fırçalamaq həmişə faydalı olmaya bilər

Hamımız uşaqlıqdan bilirik ki, dişlərimizi gündə iki dəfə fırçalamalıyıq. Amma dişləri fırçalamaq həmişə faydalı olmaya bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi vərdişlərin dişlərin tez çürüməsinə səbəb olur.

Səhər yeməyindən dərhal sonra

Səhər yeməyindən dərhal sonra ağız boşluğunda turşu mühit yaranır. Diş fırçasından istifadə etməklə, turşu və minerallar fırça ilə qarşılıqlı əlaqədə olduğundan diş minasına zərər vurmaq riski daşıyırsınız və bu, tez aşınmaya səbəb olur.

Şirniyyat yedikdən dərhal sonra

Əgər təzə şirniyyat yemisinizsə, dişlərinizi fırçalamadan əvvəl ən azı bir saat gözləmək lazımdır. Şirniyyat ağızda turşu əmələ gəlməsinə səbəb olur və bu anda dişləri fırçalamaq turşunun minaya sürtülməsinə və nəticədə dişlərin çürüməsinə səbəb ola bilər.

Unutmamaq lazımdır ki, dişlərinizi fırçalama müddəti ən azı iki dəqiqə olmalıdır. Fırçanızı müntəzəm olaraq istifadə edirsinizsə (bütün həftə ərzində gündə iki dəfə), onu təxminən üç aydan bir dəyişdirməyiniz tövsiyə olunur. Eyni zamanda, dişlərinizi gündə iki dəfədən çox fırçalamaq lazım deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4161
avatar

Arzu Qurbanlı

Oxşar yazılar