Dişlərdəki zərərli VƏRDİŞLƏR
16 iyul 2021 14:06 (UTC +04:00)

Dişlərdəki zərərli VƏRDİŞLƏR

Dişlərimiz üçün ziyan olan bir sıra vərdişlər var.

Lent.az Türkiyə mətbuatına istinadən dişləriniz üçün zərərli olan vərdişləri sizə təqdim edirik.

Dişləri gəmirmək və sıxmaq

Bu, adi və çoxalan bir vərdişdir. İnsanların dişlərini gəmirməyə və sıxmağa məcbur edən bir çox faktor var. Bunu əsasən narahat və çox əsəbi olan insanlar da görürük. . Əlinizi ağzınıza vurduqda və dırnağınızı gəmirməyə başladıqda ağızda diş ərpinin yaranmasına səbəb olan bir çox bakteriya daxil olur. Bunlara qarşı tədbir görülməsə müxtəlif problemlərə və simptomlara səbəb ola bilər.

 

Dırnaq yemək

 

Uşaqlıq vərdişi olan və əksərən yetkinlik dövründə də davam edən dırnaq yemək vərdişi çənə strukturunda pozulmalara səbəb ola bilir.

İlk olaraq uşaqlıq dövründə bu vərdişin qarşısı alınmalıdır. Həm də uşaqları gecə əmziklə yatızdırmağın gələcəkdə diş çürüklərinə səbəb olacağını unutmayın.

 

Dişləri tez-tez və sərt fırçalamaq

Bəziləri vərdiş etdiyindən, bəziləri isə çox vaxt itməsin deyə dişlərini sərt və tez-tez fırçalayır. Dişlərinizi bu cür sərt fırçalayanda daha təmiz olacağını düşünsəniz də, bu dişlərinizin sağlamlığı üçün zərərlidir. Dişləri tez-tez fırçalamaq diş ətlərinin çəkilməsinə, diş minalarının altındakı sarı təbəqənin ortaya çıxmasına səbəb olur.

Yumşaq fırçalardan istifadə etmək daha məsləhətlidir.

 

Diş çöpündən istifadə etmək

Diş çöpündən düzgün istifadə etdikdə, onun vasitəsi ilə dişlər arasındakı hissələri effektiv təmizləmək olar. Lakin diş çöpündən yanlış istifadə etdikdə o diş ətinə ziyan vurur. Sizin üçün ideal variant diş ətinizin sağlamlığını təmin edəcək fırça, diş yaxalayıcılarının köməyi ilə təmizləməklə kifayətlənməkdir.

Günəbaxan tumu çırtlamaq

Çox tum çırtlamaq özəlliklə üst və alt ön kəsici dişlərin yeyilməsinə səbəb olur. Dişlərin üst hissəsində kiçik oyuqlar yaradır. Bu davranışların davam etməsi halında 4 aya kimi yeyilmələr 2 qat artır. Hətta bu intensiv diş ağrılarına da gətirib çıxarır.

 

Siqaret çəkmək

Siqaretin ümumi sağlamlığa ziyanlı olduğu hamıya məlumdur. Həmçinin dişlər üçün də bir o qədər zərərlidir. Siqaret əsasən dişlərdə rəng dəyişiminə, saralmalara gətirib çıxarır.

Bunlardan əlavə saqqız çeynəmək, çox qəhvə və çay içmək, kola, enerjili içkilər, qırmızı şərab kimi rəng tərkibli qidalardan istifadə etmək dişlərinizin sağlamlığı üçün təhlükəlidir.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Oxşar yazılar