DİQQƏT!  Bu şəxslərə bolqar bibəri olmaz
30 dekabr 2023 10:59 (UTC +04:00)

DİQQƏT! Bu şəxslərə bolqar bibəri olmaz

Qidalanma mütəxəssisi Natalia Gridina bolqar bibərinin kimlər üçün faydalı və təhlükəli olduğunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bolqar bibəri vitaminlər, kalsium, maqnezium və dəmir ehtiva edən aşağı kalorili tərəvəzdir. 

Onun sözlərinə görə, bu, bir çox insanlar üçün çox faydalı olsa da, lakin bəziləri üçün təhlükəlidir:

“Bolqar bibəri sinir sisteminin fəaliyyətinə və yuxusuzluqla mübarizəyə faydalı təsir göstərir, eləcə də tərkibində fol turşusu olduğuna görə hamilə qadınlar üçün də faydalıdır. Tərkibindəki lif isə mədə-bağırsaq traktının işinə kömək edir. Eyni zamanda ürək-damar sistemi, mədə-bağırsaq sistemi, qaraciyər yaxud böyrək xəstəlikləri varsa, bolqar bibərinin istifadəsini məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Arzu Qurbanlı

Oxşar yazılar