Alimlər yeni araşdırmada ürək-damar xəstəlikləri olan insanların ərlərinin və ya arvadlarının bu xəstəliklərə tutulma riskinin artdığını aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, insanda ürək-damar riski onun partnyorunun sağlamlığı və həyat tərzi ilə bağlıdır.
Araşdırmalar göstərir ki, insult keçirdikdən sonra həyat yoldaşına qulluq edən insanlarda ürək-damar xəstəlikləri riski artır.
Xüsusilə ürək xəstəsi olan həyat yoldaşına qulluq edən qadınların 21%-də bu xəstəliklər inkişaf edir.