DİQQƏT!  Bu içkilər arıqlamağa mane olur
12 fevral 2024 09:27 (UTC +04:00)

DİQQƏT! Bu içkilər arıqlamağa mane olur

Artıq çəki ilə mübarizədə bir çox nüansları nəzərə almaq vacibdir. Arıqlamaq zamanı bu mürəkkəb prosesə təsir edə biləcək bütün əlaqəli amilləri nəzərə almaq lazımdır. Xəstəni müşayiət edərkən mütəxəssislər onun həyat tərzinin ən xırda detallarını belə öyrənməyə çalışırlar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi içkilər arıqlama prosesini yavaşladır.

Qəhvə, meyvə şirəsi və spirt arıqlamaq prosesinə mane olur. Çünki bu cür içkilər toxluq hissi yaratmadan yüksək kalorili ola bilər.

Pəhriz saxladığınız zaman qəhvə, spirt və meyvə şirələrinin kalorilərini nəzərə alın, Beləliklə, hər gün əlavə içkilər içmək, həftədə 1330 artıq kalori ilə nəticələnə bilər ki, bu da uğurlu çəki itirməyə mane ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3915
avatar

Arzu Qurbanlı

Oxşar yazılar