Dərini daha elastik və parlaq edən meyvələr
06 iyun 2023 11:35 (UTC +04:00)

Dərini daha elastik və parlaq edən meyvələr

Mütəxəssislər dərini daha elastik və parlaq edən meyvələri açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, müəyyən meyvələrin istehlakı dərinin hamar, möhkəm və parlaq olmasına kömək edə bilər.

İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə zəngin olan nar dərinin elastikliyini artırır, zədələrdən qoruyur və əhəmiyyətli miqdarda C vitamini ehtiva edir.

Qaragilə A və C vitaminləri ilə zəngindir. Sərbəst radikalları zərərsizləşdirərək dərinin qocalması ilə mübarizə aparır.

E vitamini və antioksidantlarla zəngin olan avokado üz rəngini açır, sərbəst radikallarla və donuqluqla mübarizə aparır. Avokado yağı dərini nəmləndirmək və iltihabla mübarizə aparmaq üçün faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Arzu Qurbanlı

Oxşar yazılar