Demansdan qorunmağın yolları
02 iyun 2023 16:39 (UTC +04:00)

Demansdan qorunmağın yolları

Alimlər demansdan qorunmağın ən yaxşı yolunu tapıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəliyin inkişaf riskini azaltmaq üçün həkimlər gündəlik olaraq kitab oxumağı, saymağı, məntiqi tapmacaları və krossvordları həll etməyi məsləhət görürlər.

Araşdırmalara görə, demansdan qorunmağın ən yaxşı yolunun beyin stimulyasiyasını saxlamaqdır. Belə ki, mütəmadi olaraq kitab oxuyan, musiqi aləti çalan insanlarda bu xəstəliyə tutulma riski 23% azdır.

Daimi idman, yoqa və ya rəqs 17% qoruyucu effekt verir.

Bundan əlavə, aktiv sosial həyat tərzi keçirən insanlarda digərlərinə nisbətən demansın inkişaf riski 7% azdır. 
 

# 1245
avatar

Arzu Qurbanlı

Oxşar yazılar