Çoxlarının sevərək içdiyi bu içkilər nəyə səbəb olur? – ARAŞDIRMA
05 dekabr 2021 09:06 (UTC +04:00)

Çoxlarının sevərək içdiyi bu içkilər nəyə səbəb olur? – ARAŞDIRMA

Süni şəkərli içkilər ürək-damar sisiteminin düşməni ola bilər. Süni şəkərli içkilərin də şəkərli içkilər kimi ürək-damar xəstəliklərinə səbəb olduğu açıqlanıb.

Lent.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri "Journal of the American College of Cardiology" jurnalında dərc olunub. Qeyd olunub ki, şəkərli və süni şəkildə dadlandırılan içkilər ürək-damar xəstəlikləri riski artırır. Bu səbəbdən araşdırmada süni şəkərli içkilərin bilinənlərin əksinə şəkərli içkilərə alternativi olmadığı vurğulanıb. 

Bununla bağlı əvvəlki araşdırmalara toxunan alimlər, şəkərli içkilərin qəbul edildiyi qidalanma tərzinin ürək-metabolik sağlamlığa mənfi təsir göstərdiyinin məlim olduğunu xatırladıb, şəkərli içkilərə alternativ olaraq göstərilən süni şəkərli içkilərin ürək-damar sağlamlığına təsirinin indiyə kimi tam bilinmədiyini qeyd ediblər.

Araşdırmada, Fransada 104,760 iştirakçını əhatə edən qidalanma anketinin nəticələri müzakirə edilib.

İştirakçılardan hər 6 ayda bir dəfə 24 saatlıq 3 pəhriz qeydlərinin onlayn doldurulması istənilən araşdırmada, süni şəkərli içkilər qida dəyəri olmayan içkilər olaraq, şəkərli içkilərin isə 5 faiz və ya daha çox şəkəri olan bütün içkiləri əhatə edəcək qidalandırıcı olduğu təsbit edilib.

Araşdırmada iştirakçılar heç istifadə etməyənlər, az istifadə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.

Çoxlu süni şəkərli içki içənlərin həyatlarında heç vaxt içməyənlərə nisbətən 20 faiz daha çox ürək-damar xəstəliyinə sahib olduğu qənaətinə gəlinib. Oxşar nəticənin şəkərli içkilər içənlər üçün də keçərli olduğu qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102
avatar

Oxşar yazılar