“Daily Mirror” yazır ki, bütün dünyada virusun dominant formasına çevrilən COVID-19-un virulent ştammı iki yeni əlamətə səbəb olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri xəbərdarlıq edib ki, virusun JN.1 ştammı Böyük Britaniyada, eləcə də ABŞ, İslandiya, Portuqaliya və İspaniyada inkişaf edir. Mütəxəssislər onun Fransa, Çin və Hindistanda sürətlə yayılmasını da qeyd edirlər.
Milli Statistika İdarəsinin son məlumatlarında qeyd olunur ki, yeni əlamətlərə COVID-19-un burun axması, öskürək, baş ağrısı və zəiflik kimi əlamətlərindən başqa yuxusuzluq və narahatlıq da əlavə edilib.
O da bildirilir ki, indi daha az adam dad və qoxu itkisindən şikayətlənir.