COVID-19-un laboratoriyadan sızması  SÜBUT OLUNDU?  – Yeni İDDİA
25 may 2021 04:19 (UTC +04:00)

COVID-19-un laboratoriyadan sızması SÜBUT OLUNDU?Yeni İDDİA

ABŞ koronavirusun laborator mənşəli olduğuna dair dəlillər təqdim edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Çinin Uhan Virologiya İnstitutundan olan üç tədqiqatçı, xəstəliklə bağlı məlumat yayılmazdan əvvəl, 2019-cu ilin noyabrında koronavirusa tutulub.

Xarici internet saytlarının xəbərinə görə, elm adamları o qədər ağır xəstə iolublar ki, bir xəstəxanada tibbi yardım almaq məcburiyyətində qalıblar.

ABŞ-a görə, bu dolayı yolla koronavirusun süni mənşəyini sübut edir.

Alimlərdə həm COVID-19, həm də adi mövsümi xəstəliklərə uyğun əlamətlər müşahidə edilib. Buna görə bu mövzuda fikirlər haçalanıb.

Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkiatı koronavirusun mənşəyinin mənbəyini hələ müəyyənləşdirməyib.

Əsas versiyalar virusun naməlum bir heyvandan yarasalara, daha sonra insanlara yoluxması ilə əlaqələndirilir. Xəstə heyvanlarla əlaqəli başqa versiyalar da var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4077
avatar

Oxşar yazılar