COVID-19-a qarşı peyvəndlənmək üçün ən yaxşı vaxt  AÇIQLANDI
29 may 2021 15:01 (UTC +04:00)

COVID-19-a qarşı peyvəndlənmək üçün ən yaxşı vaxt AÇIQLANDI

2020-ci ilin yayında koronavirus xəstəliyinə yoluxmada azalma müşahidə olunurdu.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, vəziyyətin yaxın üç ayda təkrarlanması mümkündür.

Bu səbəbdən bir çox insan COVID-19 peyvəndini daha sonra payızda vurdurmğa qərar verir.

Lakin mütəxəssislər bunu etməyi məsləhət görmürlər. Əksinə, hazırda peyvənd üçün optimal zamandır.

Məsələ burasındadır ki, yayda sosial əlaqələrin sayı artır: məktəblilər tətildə olur, böyüklər məzuniyyətə çıxır, nəvələri nənə və baba ziyarətinə gəlirlər.

Tətil dövrü başlamazdan əvvəl infeksiyadan qorunma əldə edən bir insan təhlükəsiz şəkildə gəzintiyə çıxa və istirahət zamanı izdihamlı yerlərdə ola bilər.

Həkimlərin sözlərinə görə, COVID-19-a yoluxmanız sağalmanızdan və ya əvvəlki peyvənd vurdurmanızdən altı aydan çox vaxt keçibsə, yenidən xəstəlikdən qorunma məsləhət görülür.

Bu vəziyyətdə insan yalnız koronavirus infeksiyası riskini əhəmiyyətli dərəcədə azaltmayacaq, həm də özünü "post-COVID" adlanan sindromdan qoruyacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4239
avatar

Oxşar yazılar