Çayın bilmədiyimiz  FAYDALARI
17 may 2023 14:18 (UTC +04:00)

Çayın bilmədiyimiz FAYDALARI

Qara və yaşıl çay güclü müalicəvi xüsusiyyətlərə malikdir.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq Angelika Duval bildirir ki, çay yarpaqlarında çoxlu miqdarda taninlər var.

Onun sözlərinə görə, bu maddə bakterisid və iltihab əleyhinə təsir göstərir:

“Bu şəkildə çay yaraların sürətlə sağalmasına kömək edir. Həmçinin, bu içki qan təzyiqini normal saxlamağa kömək edir. Çayın tərkibində qan damarlarının divarlarını gücləndirən üzvi maddələr var. Bundan əlavə, tərkibindəki polifenolik birləşmələrin yüksək səviyyəsinə görə çay güclü antioksidant mənbəyidir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Arzu Qurbanlı

Oxşar yazılar