Çay diabet riskini  azalda bilər: Onu necə düzgün içmək olar?
16 yanvar 2024 10:28 (UTC +04:00)

Çay diabet riskini azalda bilər: Onu necə düzgün içmək olar?

Çayın müntəzəm istifadəsi insan sağlamlığına müsbət təsir göstərir. Elmi mütəxəssislər çayın insan sağlamlığına təsiri ilə bağlı iyirmi araşdırmanı təhlil ediblər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, onların araşdırmaları göstərir ki, müntəzəm olaraq kifayət qədər çay içmək 2-ci tip diabetin inkişaf ehtimalını 15% -dən çox azalda bilər.

Tədqiqatın birinci mərhələsində sağlamlığı on iki il ərzində izlənilən beş min yetkin şəxsin məlumatları təhlil edilib. Tədqiqatın ikinci mərhələsində onlar çay içmək ilə diabetin inkişafı arasında hər hansı əlaqənin olub-olmadığını öyrənmək qərarına gəliblər. Mütəxəssislər belə qənaətə gəliblər ki, müntəzəm olaraq çay içmək 2-ci tip diabetin başlanmasının qarşısını ala bilər.

Belə ki, gündə bir-üç stəkan çay içən insanlarda şəkər xəstəliyinə tutulma riski 4%, gündə dörd və ya daha çox fincan içənlərdə isə 2-ci tip şəkərli diabetə tutulma riski 17% azalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3489
avatar

Arzu Qurbanlı

Oxşar yazılar