Çin alimləri gündə necə fincan çayın bioloji yaşı azaltdığını müəyyən ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, gündə üç stəkan çayın insanı cavanlaşdıra bilər.
Təcrübədə 30-79 yaş arasında olan 14 minə yaxın könüllü iştirak edib. Alimlər əvvəlcə iştirakçıların çay növü ilə bağlı üstünlüklərini öyrənib, sonra iki il ərzində onların bioloji yaşlarına nəzarət ediblər.
Tədqiqatın nəticələri göstərib ki, gündə 6-7 fincan çay içənlərin bioloji yaşı bu içkini içməyənlərə nisbətən daha aşağıdır.
Alimlərin fikrincə, çayın tərkibində bioloji yaşı azaltmağa kömək edən çoxlu faydalı maddələr və aktiv birləşmələr var.