Bunu çoxumuz edirik: Gözlərə ziyanmış
16 yanvar 2024 13:48 (UTC +04:00)

Bunu çoxumuz edirik: Gözlərə ziyanmış

Oftalmoloqu Valentina Anisimova görmə qabiliyyətini pisləşdirən gündəlik vərdişləri açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bəzi gündəlik vərdişlər görmənin pisləşməsinə təsir edə və göz xəstəliklərinə səbəb ola bilər.

Onun sözlərinə görə, bilər makiyajı silməmək vərdişi görmə qabiliyyətinə mənfi təsir göstərir:

“İctimai nəqliyyatda kitab oxumağı sevənlər görmə qabiliyyətinə ciddi ziyan vura bilər. Bu şəkildə oxuyarkən gözlər çox iş yükü alır. Çünki gözlər daha çox hərəkət etməli olur, siliyer göz əzələsi nəzərəçarpacaq dərəcədə gərginləşir və akkomodasiyanı dəyişir (fokus məsafəsi). Nəticədə görmə kəskinliyi əhəmiyyətli dərəcədə azalır. Bundan əlavə, başqa bir pis vərdiş də görmə qabiliyyətini pisləşdirə bilər. Kompüterə uzanıb baxmaq görmə sindromunun inkişaf riski artır. Bu, göz aparatının ciddi şəkildə həddən artıq yüklənməsinə və nəticədə görmə qabiliyyətinin pisləşməsinə gətirib çıxara bilər. Həmçinin zəif işıqlandırma daim görmə aparatında gərginliyə, göz əzələlərinin spazmına və quru göz sindromuna səbəb olur. Əgər zəif işıqlı otaqda uzun müddət kompüter və ya smartfon ekranına baxsanız, tor qişanın struktur komponentləri olan fotoreseptor hüceyrələr zədələnə bilər. Görmə qabiliyyətini qorumaq üçün düzgün işıq rejiminə riayət etmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9837
avatar

Arzu Qurbanlı

Oxşar yazılar