Bu vərdiş  şəkərli diabet riskini   artırır
30 yanvar 2024 16:46 (UTC +04:00)

Bu vərdiş şəkərli diabet riskini artırır

Amerikalı alimlər gec yatıb gec oyanan insanlarda şəkərli diabetin inkişaf riskinin 19 faiz artdığını müəyyən ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, xronotip və ya sirkadiyalı üstünlük qismən genetik olaraq müəyyən edilir, ona görə də bunu dəyişmək çətin ola bilər. 

Gec yatan insanlar həyat tərzinə daha çox diqqət yetirməlidirlər. Çünki onların axşam xronotipi 2-ci tip diabetin inkişaf riskini artıra bilər. 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, gec saatlarda yatmaqla şəkərli diabetin inkişaf riskinin 72 faiz artması arasında əlaqə var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4332
avatar

Arzu Qurbanlı

Oxşar yazılar