Bu terapiya növü  depressiya   əlamətlərini azaldır
22 iyun 2023 13:14 (UTC +04:00)

Bu terapiya növü depressiya əlamətlərini azaldır

Çanqçun Ənənəvi Çin Tibb Universitetinin bir qrup alimi yumor terapiyasının depressiya və narahatlıq əlamətlərini azaltdığını müəyyən edib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə, meta-tədqiqatda depressiya və ya narahatlıqdan əziyyət çəkən təxminən üç min insan (uşaqlar da daxil olmaqla) iştirak edib. 

İştirakçıların əksəriyyəti yumor terapiyasının depressiya və narahatlıq əlamətlərini azaltdığını bildirib. Mütəxəssislər hesab edirlər ki, yumor terapiyası həkimlər və xəstələr üçün terapiya kimi istifadə edilə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1886

Oxşar yazılar