Bu qidalar sizi günəşdən qoruyacaq
22 iyun 2023 16:25 (UTC +04:00)

Bu qidalar sizi günəşdən qoruyacaq

Dietoloq Ayşe Gül Güven arıqlamağı asanlaşdıran və günəşdən qoruyan qidaları açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq bildirir ki, D vitamini hormon kimi fəaliyyət göstərərək əhval-ruhiyyəni yaxşılaşdıra, immuniteti gücləndirə, illər ərzində köhnəlmiş sümüklərimizi gücləndirə və dərinin altında yığılan piylərin yandırılmasını asanlaşdıra bilər. 

Onun sözlərinə görə, yağlı soyuq su balıqları, yumurta, göbələk, qatıq və pendir kimi süd məhsulları D vitamini mənbəyidir:

“Avokado, qarğıdalı, ərik, limon, qovun, çiyələk, pomidor insanı günəş yanıqlarından və qırışlardan qorumağa kömək edə bilər. Çünki onların tərkibində dərinin zədələnməsi ilə mübarizə aparan antioksidanlar var. Həmçinin qarpız pomidordan daha çox likopen ehtiva edir. UVA və UVB şüalarını udur və dərini günəşin zərərli təsirlərindən qoruyur. Omeqa 3 ilə zəngin balıqlar arıqlamağınızı asanlaşdırır. Onlar bədənimizdə hər gün əmələ gələn sərbəst radikalları zərərsizləşdirən və iltihabın qarşısını alan qidalardır. Bu balıqlar yağlanmağı artıran stres hormonu olan kortizol səviyyəsini azaldır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212
avatar

Arzu Qurbanlı

Oxşar yazılar