Bu qidalar insanları cavanlaşdırır
25 may 2023 09:27 (UTC +04:00)

Bu qidalar insanları cavanlaşdırır

Dietoloqlar insanı cavanlaşdıran məhsulları açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, antioksidantlarla zəngin təbii bitki məhsulları qocalma prosesini yavaşlatmağa, daha uzun müddət gənc və sağlam qalmağa kömək edəcək.

Avokado

Avokadonun tərkibində çoxlu miqdarda monodoymuş yağ var. Bu da qanda şəkərin səviyyəsini qoruyur. 

Pomidor

Pomidor bədənin iltihabla mübarizə aparmasına kömək edir. Pomidorun tərkibindəki likopen maddəsi pis xolesterinin səviyyəsini aşağı salır;

Qaragilə

Qaragilə, polifenollarla zəngindir. Bu, sərbəst radikalları bədəndən çıxara və körpəlik dövründə qocalma prosesini dayandıra bilər.

Acı şokolad

Acı şokolad da yaşlanma ilə mübarizə aparır. Ona görə də acı şokoladı qida rasionunuza daxil etmək məsləhətlidir.

Qızıl balıq

Qızıl balıqda çoxlu miqdarda omeqa-3 yağ turşuları var. Bu da orqanizmin qocalma prosesini ləngidir.

Fındıq

Fındıqların tərkibində təkcə yağ turşuları deyil, həm də maddələr mübadiləsini yaxşılaşdıran liflər və dərinin elastikliyi üçün zəruri olan zülallar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Arzu Qurbanlı

Oxşar yazılar