Bu qidalar  alkoqoldan zəhərlənmə   riskini azaldır
29 dekabr 2023 14:29 (UTC +04:00)

Bu qidalar alkoqoldan zəhərlənmə riskini azaldır

Həkim Yevgeni Belousov alkoqoldan zəhərlənmə riskini azaltmağa kömək edən məhsulları açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, sink və B vitaminləri ilə zəngin qidalara diqqət yetirmək daha yaxşıdır.

Onun sözlərinə görə, bundan əlavə, qoz, yerkökü, noxud, ispanaq və soğan yemək lazımdır:

“Çox miqdarda spirtli içki qəbul etdikdə və uzun fasilələr vermədikdə zəhərlənmə riski artır. Buna görə də az və yavaş-yavaş içmək lazımdır. Həmçinin kokteyllərdən qaçmaq daha yaxşıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3264
avatar

Arzu Qurbanlı

Oxşar yazılar