Bu qida  xərçəng riskini   azaldır
25 yanvar 2024 13:22 (UTC +04:00)

Bu qida xərçəng riskini azaldır

Həkimlər xərçəngin inkişafının qarşısını alan qidanı açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kətan toxumu xərçəng də daxil olmaqla bir çox xəstəliklərdən qoruya bilər.

Kətan toxumları lif, omeqa-3 yağ turşuları və lignanlar kimi tanınan bitki birləşmələri ilə zəngindir. Son tədqiqatlar göstərir ki, kətan toxumlarında olan lignanlar bağırsaq mikroflorasının tərkibinə təsir edərək süd vəzi xərçəngi riskini azalda bilər.

Tədqiqatın nəticələri göstərir ki, kətan toxumu lignanları bağırsaq mikroorqanizmləri və süd vəzi xərçəngi hüceyrələrinin böyüməsi və miqrasiyasından məsul olan genləri tənzimləyən süd vəzi mikroRNTləri ilə qarşılıqlı əlaqədədir.

Kətan toxumu çox vaxt həzmi yaxşılaşdırmaq və qəbizliyi aradan qaldırmaq üçün istifadə olunur. 

Bundan əlavə, kətan toxumu ümumi xolesterolu və LDL (pis) xolesterini azaltmağa kömək edir ki, bu da öz növbəsində ürək xəstəliyi riskini azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5730
avatar

Arzu Qurbanlı

Oxşar yazılar