Bu qadınlarda  demensiyadan ölüm riski   daha yüksəkdir
08 may 2023 02:20 (UTC +04:00)

Bu qadınlarda demensiyadan ölüm riski daha yüksəkdir

Yaşlı insanlarda fiziki funksiyalarda yavaşlama müşahidə olunur. Bununla belə, avstraliyalı mütəxəssislər hesab edirlər ki, bu, təkcə əzələ gücünün itirilməsinin əlaməti deyil, həm də demensiya (demensiya unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən Demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər -red.) xəbərçisi ola bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər qadınların sağlamlığı ilə bağlı yeni araşdırmada daha uzun müddət davam edən fiziki fəaliyyətlə demensiyanın inkişaf riskinin aşağı olması arasında əlaqənin ola biləcəyini müəyyən ediblər.

Növbəti 15 il ərzində tədqiqat iştirakçılarının demək olar ki, 17 faizinin demensiya ilə  bağlı xəstəxanaya yerləşdirmə və ya ölüm də daxil olmaqla demensiya halları olduğu qeyd edilib. Alimlər deyirlər ki, aşağı tutma gücü və daha yavaş TUG demensiya üçün əhəmiyyətli risklərdir.

Qeyd edək ki, ən aşağı TUG balları olan qadınların demensiyadan ölmə riski ən yüksək bal toplayanlardan dörd dəfə çoxdur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Arzu Qurbanlı

Oxşar yazılar