Bu ölkədə Ebola epidemiyası başladı, ölənlər var
15 fevral 2021 19:41 (UTC +04:00)

Bu ölkədə Ebola epidemiyası başladı, ölənlər var

Qvineya səlahiyyətliləri rəsmi olaraq ölkənin cənub-şərqində Ebola epidemiyasının başladığını elan ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, rəsmi məlumata görə, Ebola əlamətləri olan dörd nəfər ölüb.

Eboladan üç nəfərin ölümü artıq təsdiqlənib, dördüncü testin nəticəsi hələ məlum deyil.

Səhiyyə nazirinin rəhbərliyi ilə keçirilən iclasın sonunda Nzerekore prefekturası və Queke bölgəsində Ebola virusu xəstəliyinin epidemiyası elan edilib.

İlkin məlumata görə, ilk Ebola hadisəsi Queke şəhərində yanvarın 28-də vəfat edən tibb bacısında qeydə alınıb.

Növbəti gün həmin qadının dəfnində iştirak edən 7 nəfərdə Ebola əlamətləri aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, təşkilatın Qvineyaya xəstəliklə mübarizədə kömək etmək üçün mövcud mənbələrdən istifadə edəcək.

2014-2016-cı illərdə Qərbi Afrikada Eboladan 11 mindən çox insan ölüb. Gqvineya epidemiyanın mərkəzlərindən biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar