Bu insanlar  saunaya getməməlidir
04 noyabr 2023 18:41 (UTC +04:00)

Bu insanlar saunaya getməməlidir

Hamam ustalığı məktəbinin banisi Vasili Lyaxov buxar otağına getməyin qadağan olduğu xəstəlikləri sadalayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, əgər insanın bədən hərarəti yüksəkdirsə və ya sərxoşdursa, saunaya getməməlidir.

Xroniki xəstəliklərin, xüsusən də xoraların kəskinləşməsi dövründə hamama getmək arzuolunmazdır. Bu, qan laxtalanması riski yüksək olanlara da aiddir.

Mütəxəssis eyni zamanda insanları ruhi xəstəlikləri, o cümlədən epilepsiyaları varsa, buxar otağından istifadə etməkdən çəkinməyə çağırıb. Beyin travması alanlar hamama getməzdən əvvəl ən azı bir il, insult və ya infarktdan sonra isə ən azı bir ay gözləməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3342
avatar

Fidan İlqar

Oxşar yazılar