Dietoloq Tatyana Zaletova qaraciyər sirrozu və şəkər xəstəliyindən qoruyan içkini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, kakao sirroz və şəkər xəstəliyinin qarşısının alınmasına kömək edir.
Onun sözlərinə görə, kakao ürək-damar xəstəlikləri və bəzi digər sağlamlıq problemləri olan insanlar üçün faydalı ola bilər:
“Kakao dərman deyil, amma xəstəliyin gedişatını ləngidə bilər. Kakao viruslu hepatit və ya alkoqolsuz yağlı qaraciyər xəstəliyi kimi sirroza səbəb olan müxtəlif patologiyaların kompleks terapiyasının köməkçi hissəsi ola bilər.
Kakao ateroskleroz və əlaqəli ürək-damar xəstəlikləri ilə mübarizə aparmağa kömək edən antioksidanlarla zəngindir. Kakaonun tərkibində olan bioaktiv birləşmələr trombositlərin yığılmasını azaldır, bu da infarkt və insultların qarşısını alır”.