Vaxtından əvvəl ölüm riskini azaldan giləmeyvə məlum olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, giləmeyvə vitaminlər, minerallar, qida maddələri, lif mənbəyidir, bədənin bir sıra xəstəliklərə müqavimət göstərməsinə kömək edir. Mütəxəssislər giləmeyvələri yalnız mövsümdə deyil, il boyu qid rasionuna daxil etməyi şiddətlə tövsiyə edir.
8 ildən artıqdır ki, alimlər 37 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil edən araşdırma aparıblar. Bu araşdırmada zoğalın ən faydalısı olduğu müəyyən edilib. Bu giləmeyvə ölüm riskini 31% azaldır. Qaragilə və digər giləmeyvə növləri də müsbət tərəflərini göstərərək bu riski 21% azaldıb. Çiyələk isə ölüm ehtimalını cəmi 14% azaldıb.
Giləmeyvələrin ən faydalısı olan zoğal, hipertoniya və ateroskleroz kimi ciddi xəstəliklərlə effektiv mübarizə aparan katexinlər, qlikozidlər, pektinlər və flavonoidlərlə zənginləşdir. Həmçinin görmə qabiliyyətini qorumağa kömək edir, antimikrobiyal xüsusiyyətlərə malikdir və sidikqovucu kimi uğurla istifadə olunur.