Bu əlamətlər  xərçəng xəstəliyindən   xəbər verir
25 may 2023 18:08 (UTC +04:00)

Bu əlamətlər xərçəng xəstəliyindən xəbər verir

Britaniyalı həkim Deborah Li xərçəngin əsas əlamətlərini açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim bildirir ki, xərçəng  xəstəliyi ilkin mərhələlərdə aydın əlamətlərlə özünü göstərməyə bilər. 

Onun sözlərinə görə, səhər saatlarında olan baş ağrıları xərçəng xəstəliyinin əlaməti hesab olunur:

“Axşam saatlarında baş verən miqrenlərin bir çox səbəbi olsa da, yuxudan oyandıqdan sonra başda ağrı ən çox beyin şişindən xəbər verir. Bu tip ağrıların baş verməsinin səbəbi gecə yuxusu zamanı beyində onurğa beyni mayesi yığılır. Bu da şişin təbii qan dövranını bloklayır.

Beyin xərçəngi olan xəstələrin 77 faizdən çoxu baş ağrısından əziyyət çəkir. Beyin şişlərinin digər aşkar əlamətlərinə qıcolmalar, ürəkbulanma, yuxululuq hissi, yaddaş itkisi, bədənin bir tərəfində uyuşma və zəiflik, danışmada çətinlik və görmə dəyişiklikləri daxildir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Arzu Qurbanlı

Oxşar yazılar