Bir döşü olan qız həkimləri  TƏƏCCÜBLƏNDİRDİ
11 may 2021 01:20 (UTC +04:00)

Bir döşü olan qız həkimləri TƏƏCCÜBLƏNDİRDİ

İngiltərənin Barnsli şəhərindən olan Bekka Butçer yeniyetmə ikən qeyri-adi problemi ilə həkimə müraciət edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qız döşlərindən birinin digərindən çox böyüdüyündən şikayətlənib.
 
Ancaq həkim yetkinlik sonuna qədər hər şeyin normallaşacağını söyləyərək onu sakitləşdirməyə tələsib. Vaxt keçsə də heç nə dəyişməyib.
 
Sonra Bekka başına gələnləri özü üçün öyrənməyə çalışıb və nadir bir anadangəlmə xəstəliyi olduğu (Polşa sindromu) ortaya çıxıb. Bu, pektoralis major əzələsinin qismən və ya tam birtərəfli olmaması ilə xarakterizə olunur.
 
O, yenidən həkim yanına gedəndə, heç vaxt bu cür xəstəlik haqda eşitmədiyini söyləyib.
 
Britaniyalı qız təslim olmayıb və İnternetdə onun kimi qızlar tapıb. Bu sindromun kişilərdə daha çox olduğu da üzə çıxıb.
 
 
 
Bekka qadınların eyni xəstəliklə necə yaşadıqlarını, münasibət qurmağa və bədənlərini hər zaman gizlətməyə qorxduqları barədə ilk məlumatları da əldə edib.
 
Lakin 23 yaşlı Bekka ikinci döşünün böyüdülməsi üçün pulsuz əməliyyat təklifindən imtina edib.
 
Qız özünəməxsusluğu ilə yaşamağı öyrənib, sevgilisini tapıb və bu cür vəziyyətdə olan digər insanlardan ilham almaq istəyir. Həm də bu az araşdırılan məsələyə diqqət çəkməyi ümid edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Oxşar yazılar