Beyin və  sinir sistemi   zədələnib: 17 nəfər  naməlum xəstəlikdən   öldü
28 yanvar 2025 18:18 (UTC +04:00)

Beyin və sinir sistemi zədələnib: 17 nəfər naməlum xəstəlikdən öldü

Hindistanın şərqində bir kənddə naməlum xəstəlik kütləvi epidemiyaya səbəb olub.

Hindistanın Badhal, Cammu və Kəşmir kəndində dekabrın əvvəlindən 13-ü uşaq olmaqla 17 ölüm qeydə alınıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rajurada sirli xəstəlikdən dünyasını dəyişən 17 nəfərin ailəsi ilə təmasda olan 200-dən çox insan ehtiyat tədbiri olaraq karantinə alınıb. Ötən həftə kənd “mühafizə zonası” elan edilib. Badhal kəndində ölənlərin hamısında ümumi faktor aşkar edilib: beyin zədələnməsi və sinir sisteminin zədələnməsi.

Tibbi yardım problemini həll etmək üçün qış tətilləri ləğv edilib. Federal hökumət səhiyyə naziri Citendra Sinqhin rəhbərliyi altında araşdırmaya başlayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, ölüm infeksiya, virus və ya bakteriya deyil, çox güman ki, zəhər olub. Hazırda müxtəlif zəhərli maddələr sınaqdan keçirilir və cinayət əməlinin mümkünlüyü də araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224
avatar

Lent.az

Oxşar yazılar