Bədənin kükürdə ehtiyacı var:  Onu bu məhsullarda tapmaq olar
31 yanvar 2024 14:51 (UTC +04:00)

Bədənin kükürdə ehtiyacı var: Onu bu məhsullarda tapmaq olar

Qida üzrə mütəxəssislər insan orqanizminin kükürdə ehtiyacının olub-olmamasını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kükürd orqanizmi zəhərli maddələrin mənfi təsirindən qoruyur. 

Element bədəndəki hər hansı mənfi dəyişikliklərin qarşısını aktiv şəkildə alır. Kükürd olmadan uzun və sağlam saçlar yetişdirmək mümkün deyil, çünki keratin istehsalı üçün lazımdır. Bu element kollagenin istehsalı üçün lazımdır.

Kükürdün DNT-nin qurulmasında, eləcə də mövcud zədələrin bərpasında iştirak etdiyini az adam bilir. Bədənin immunitet sisteminin gücləndirilməsində kükürdün mühüm rolu var.

Bəs, kükürd hansı məhsullarda tapıla bilər?

Kükürd sarımsaqda və müxtəlif növ soğanda da olur. Müxtəlif növ kələmlərin tərkibində də kükürd var.

Heyvan mənşəli qidalar da elementin qiymətli mənbəyi hesab edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5013
avatar

Arzu Qurbanlı

Oxşar yazılar