Baş ağrısının artmasına  səbəb olan   məhsullar
06 fevral 2024 13:03 (UTC +04:00)

Baş ağrısının artmasına səbəb olan məhsullar

Həkimlər baş ağrısını artıra bilən qida və içkiləri açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, miqrendən əziyyət çəkən insanlar bəzi məhsulları qida rasionundan çıxarmalıdırlar.

Kofein, spirt, qlüten, pendir, şokolad və sitrus meyvələri miqrenin artmasına səbəb olur.

Migreni tətikləyən emosional və ətraf mühit faktorlarına da diqqət yetirməlisiniz. Parlaq işıqlar, güclü yanıb-sönmə, siqaret tüstüsü, çox isti və ya soyuq temperatur baş ağrısına səbəb olur. 

Sağlam qidalanmaq, müntəzəm məşq etmək, stress və narahatlığı idarə etmək baş ağrısı hücumlarını minimuma endirməyə kömək edə bilər.

Bununla belə, hər bir orqanizmin fərdi olduğunu xatırlamaq lazımdır. Buna görə bədəninizi dinləmək və migrenin qarşısını almaq və idarə etmək üçün ən təsirli üsulları tapmaq üçün həkiminizdən məsləhət almaq vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Arzu Qurbanlı

Oxşar yazılar