Baş ağrısı  ölümcül   ola bilər
28 dekabr 2023 12:33 (UTC +04:00)

Baş ağrısı ölümcül ola bilər

Alimlər baş ağrılarının ölümcül olıduğunu açıqlayıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, miqren ciddi sağlamlıq problemlərinin xəbərdaredici əlaməti ola bilər.

Araşdırmalara görə, qızdırma və boyun hərəkətinin məhdudlaşdırılması kimi simptomların olması tibbi yardım tələb edir.

Baş ağrısı şüur itkisi, huşunu itirmə və ya qıcolmaya da səbəb ola bilər. Həmçinin fiziki fəaliyyətdən sonra və ya kəllə-beyin travması nəticəsində baş ağrısı başlaya bilər. Fiziki fəaliyyətdən və ya zədədən sonra ağrı yaranarsa, dərhal həkimə müraciət etməlisiniz.

Əgər bədən mövqeyini dəyişmək, öskürmək və ya gülmək ağrını daha da artırırsa, əlavə məsləhət üçün həkimə müraciət etməlisiniz.

Mütəxəssislər hətta bu simptomlar olmadıqda belə, ağrının öz-özünə keçməsini gözləməyin ən yaxşı seçim olmadığını təkid edirlər. Bu, uzun müddətli simptomlara və hücumların tezliyinin artmasına səbəb ola bilər. Müalicə olunmayan baş ağrıları psixi sağlamlığınıza mənfi təsir göstərə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3249
avatar

Arzu Qurbanlı

Oxşar yazılar