Baş ağrılarının hansı təhlükəli əlamətləri var?
28 dekabr 2023 18:40 (UTC +04:00)

Baş ağrılarının hansı təhlükəli əlamətləri var?

Bir çox insanlar baş ağrılarını adi bir hadisə hesab edərək onlara əhəmiyyət vermirlər. Həkim Yohannes Uys baş ağrısının təhlükəli əlamətlərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, zədədən sonra baş ağrısı yaranarsa, qızdırma ilə müşayiət olunursa, dərhal həkimə müraciət etmək lazımdır:

“Qəfil, şiddətli baş ağrıları və boyun sərtliyi meydana gəlir. Pik nöqtəyə bir neçə saniyə və ya dəqiqə ərzində çatan, qanaxmanın əlaməti ola bilən ildırımlı baş ağrısından da ehtiyatlı olmalısınız. Bu əlamətlərdən ən azı biri və ya daha çoxu müşahidə olunarsa, dərhal xəstəxanaya getməlisiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429
avatar

Arzu Qurbanlı

Oxşar yazılar