Banan sağlam meyvədir, lakin yatmazdan əvvəl yemək orqanizm üçün faydalı deyil.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb banan olduqca çətin həzm olunan və yüksək kalorili meyvədir.
Axşam saatlarında yüksək kalorili meyvələr yemək isə yağ yandırma prosesini ləngidir. Əgər, pəhriz saxlayırsınızsa, artıq çəkiyə maliksinizsə və ya mədə-bağırsaq traktında problemlər varsa, gecələr mütləq banan yeməməlisiniz.
Axşam banan yemək ürəyin işemik xəstəliyi, qanın laxtalanmasının artması və varikoz damarlarında da əks göstərişdir.
Bundan əlavə, şəkər səviyyəsinin dəyişməsi səbəbindən yatmazdan əvvəl banan yemək yuxusuzluğa səbəb ola bilər.