Azərbaycanda yeni peyvəndin vurulmasına başlanılır
30 aprel 2021 14:47 (UTC +04:00)

Azərbaycanda yeni peyvəndin vurulmasına başlanılır

Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün peyvəndləmə  strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 3-dən əvvəlcə 60 yaş və daha yuxarı şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” peyvəndindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər. “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

“AstraZeneca” İngiltərə-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" peyvəndni Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3681
avatar

Oxşar yazılar