Azərbaycanda  tüğyan edən   virusdan necə qorunmalıyıq? – İNFEKSİONİST AÇIQLADI
03 fevral 2023 14:54 (UTC +04:00)

Azərbaycanda tüğyan edən virusdan necə qorunmalıyıq? – İNFEKSİONİST AÇIQLADI

Hər il qış aylarında, havaların getdikcə soyuması müxtəlif növ virusların artmasına səbəb olur. Bu viruslar özünü boğaz ağrısı, qızdırma, halsızlıqla büruzə verir.

Maraqlıdır, görəsən, uşaqlar və böyüklər mövsümi virus və xəstəliklərdən necə qoruna bilər?

Məsələ ilə bağlı infeksionist Sadiqə Əliyeva Lent.az-a açıqlamasında bildirib ki, hazırda uşaqlar və böyüklər arasında yayılan viruslar müxtəlif növdədir.

Onun sözlərinə görə, koronavirus, infulensa və digər respirator viruslarını bir-birindən çox cüzi əlamətlərinə görə, fərqləndirmək olur:

“Amma tam fərqləndirmək üçün laboratoriya müayinələri olunmalıdır. Bu əlamətlər bir çox respirator xəstəliklərində olur. Bunun yayılmasının səbəbi mövsümidir. Kəskin respirator virusları soyuq havalarda daha çox yayılır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı yolu peyvənd olunmaqdır. Hazırda bütün poliklinikalarda, xəstəxanalarda influensa virusuna qarşı peyvəndlər mövcuddur. Bundan əlavə viruslardan qorunmaq üçün qidalanma rejiminə çox diqqət etmək lazımdır. Həmçinin mövsümə uyğun geyinmək, düzgün yaşam tərzi sürmək kəskin respirator xəstəliklərindən qorunmağa kömək edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Arzu Qurbanlı

Oxşar yazılar