Azərbaycanda koronavirusla bağlı  son vəziyyət   AÇIQLANDI
16 yanvar 2023 16:20 (UTC +04:00)

Azərbaycanda koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

Son günlərdə dünyada koronavirusa yoxluxanların və ölənlərin sayında artım müşahidə olunur. Bir müddət öncə yoluxma sayının kəskin azalması səbəbindən pandemiyanın başa çatdığı zənn edilsə də, təəssüf ki, koronavirus təhlükəsi yenidən bütün ölkələri narahat etməyə başlayıb. 

Maraqlıdır, görəsən Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət hansı səviyyədədir?

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a bildirib ki, hazırda ölkəmizdə koronavirusla bağlı epidemioloji durum qənaətbəxşdir. 

Onun sözlərinə görə, statistik məlumatlar yoluxma hallarının sayında aşağı səviyyədə kiçik amplitudlu dalğalanmaların olduğunu göstərir, aktiv xəstələrin sayı da minimaldır:

"Ümumiyyətlə, dünya ölkələrinin böyük əksəriyyətində hazırda eyni mənzərə müşahidə olunur. Eyni zamanda, ölüm hallarının sayı xeyli azalıb. Lakin onu da qeyd etmək lazımdır ki, dövriyyədə olan "Omicron" ştammı əsasən yüngül xəstəlik halları törədir, çoxsaylı insanlar bu səbəbdən müraciət etmədiyindən həqiqi yoluxma sayı bir qədər az görünür. Bu səbəbdən də ölüm hallarının sayında artımın olması qənaətinə gəlmək doğru deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Arzu Qurbanlı

Oxşar yazılar